74 yaşlı qadın yanaraq öldü - Faciə


09:15     13 Noyabr 2018 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Ağcabədidə yanğın qeydə alınıb.


FHN-dən Femida.az -a verilən məlumata görə, rayonda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 412