Bəşər Əsədin başına 3 milyon qoydular


19:22     13 Oktyabr 2015 esad-in-basina-odul-koydular-6160907.Jpeg


Suriya prezidenti Bəşər Əsədin başını gətirən şəxsə 3 milyon avro mükafat vəd edilir.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir vədlə Suriyada fəaliyyət göstərən və Əl Qaidəyə bağlı Əl Nusra təşkilatı çıxış edib. Təşkilat Bəşər Əsədlə yanaşı, Hizbullahın lideri Hassan Nasrallah üçün də 2 milyon avro sözünü verib.

Əl Nusra liderinin bu təklifi YouTube vasitəsi ilə səs yazısı şəklində yayılıb. Təşkilat lideri Əl Culani onları öldürən şəxsin ailəsi ilə birgə təhlükəsizliyini təmin edəcəklərini bildirib.

Açar sözlər:

Oxunub: 777