İraq prezidenti İranda səfərdədir


15:11     17 Noyabr 2018 18_11_17_1542445122.jpg

İraq prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.

Femida.az xəbər verir ki, səfər iki gün sürəcək.

Bildirilib ki, o, İran prezidenti Həsən Ruhani və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə İran-İraq əlaqələrinin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər zamanı ölkə rəsmiləri arasında əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir. Görüşün sonunda prezidentlər birgə mətbuat konfransı keçirəcək.

Açar sözlər:

Oxunub: 331