Tovuzda siçanabənzər gəmiricilər məhv edilib
11:09 20 Noyabr 2018
Kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Femida.az xəbər verir ki, Dövlət Fitosanitar Xidmətinin Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə 12500 hektar sahədə fitosanitar müşahidə tədbirləri həyata keçirilib və Ceyrançöl ərazisində 9200 hektar sahənin təhlükəli zərərvericilərlə sirayətləndiyi müəyyən edilib.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən zərərvericilərin artımının İqtisadi Zərərvurma Həddini keçməsinin qarşısını almaq məqsədi ilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.
Qeyd edək ki, hazırda kimyəvi mübarizə işləri davam etdirilən Ceyrançöl ərazisində köçəri quşlar (qızıl qaz, kəklik, turac, bildirçin, sürü halında yaşayan çəyirtkəkimilərin entomafaqı olan ala sığırçın) çoxluq təşkil etdiyi üçün işlək yuvalara zəhərli aldadıcı yemlərin qoyulması zamanı yuvaların bağlanmasına daha çox diqqət yetirilir.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb