10 ayda Azərbaycana 2.4 milyon turist gəlib

10 ayda Azərbaycana 2.4 milyon turist gəlib


17:52     20 Noyabr 2018 1426079192_turistbaki.jpg


2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur.

Dövlət Turizm Agentliyindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Bu regiondan daha çox turist Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min turistlə birinci yerdə durur. Rusiyalı turistlər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələnlərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.

10 ay ərzində ölkəyə daxil olan turistlərin ümumi artım tempi 6,1% olub, sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.

Femida.az

Açar sözlər: DTA   turizm  

Oxunub: 264