Azərbaycan OPEK-in toplantısına dəvət olunub


16:00     14 Oktyabr 2015 OPEK.jpg

Azərbaycan oktyabrın 21-də Vyanada keçiriləcək OPEK-in növbəti iclasına dəvət olunub.


Femida.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulohio del Pino bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclasına quruma üzv olmayan 8 ölkə dəvət olunub.

Toplantıda iştirak etmək dəvətini Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya alıb.

Venesuela OPEK-in bu iclasında yeni neft strategiyasını təqdim etməyi planlaşdırır.

Açar sözlər:

Oxunub: 694