İrəvanda kütləvi dava - Bıçaqlananlar var


09:27     24 Noyabr 2018 2018/10/ermeni-polis_1539764534.jpg

Ermənistanın paytaxtı İrəvanda kütləvi dava olub.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə qohumlar arasında, 50 yaşlı şəxsin doğum günü münasibətilə keçirilən mərasimdə baş verib.

Belə ki, paytaxt sakini, 23 yaşlı Saak Kirakosyan yaxın qohumu Smbat Poqosyanın başına zərbə endirib. O isə öz növbəsində Saaka və onun qardaşı Qor Kirakosyana bıçaq zərbələri endirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Smbat Poqosyan isə polis tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 388