Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib


18:53     26 Noyabr 2018 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Ə.Səfərovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 497