ABŞ və Rusiya səfirləri XİN-ə çağırıldı


20:11     14 Oktyabr 2015 3cc3f0c3-fa1c-430f-9302-0e0d63e418e2_292.jpg


ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Femida.az xəbər verir ki, bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.
"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib.

Açar sözlər:

Oxunub: 690