Sabirabadda evdən 5700 manatlıq qızıl oğurlanıb


16:24     30 Noyabr 2018 qizil1.jpg

Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.



DİN-dən Femida.az-a verilən məlumata görə, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 408