Nazirliyin internet saytının yeni versiyası hazırlanır


11:45     01 Dekabr 2018 EKOLOGIYA%20VE%20TEBII.PNG

“Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının yeni versiyası üzərində hazırlıq işləri gedir”.

Femida.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a açıqlamasında deyib.

O bildirib ki, saytın dizaynında bir sıra dəyikliklər olacaq: “Nazirlik internet resursun yeni versiyasında mütərəqqi və qabaqcıl veb-texnologiyaları tətbiq edərək istifadəçilərin rahatlığını təmin edəcək, bununla da saytdan istifadə asanlaşacaq. Artıq saytın qonaqları nazirlik barədə məlumatları daha rahat şəkildə əldə edə biləcəklər”.

Nazirliyin sözçüsü vurğulayıb ki, saytın yeni dizaynında məlumatlar üç dildə istifadəçilərə təqdim ediləcək: “Saytın yeni, müasir versiyasında istidafədəçilərin, xüsusən də Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin hansı yenilikləri görmək istədikləri bizim üçün önəmlidir. Onların təkliflərini gözləyirik. Təkliflərlə bağlı nazirliyə (telefon: 4926019), nazirliyin rəsmi Facebook səhifəsinə müraciət edə bilərlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 451