3 otaqlı ev yandı


09:33     10 Dekabr 2018 yangin_38673636.jpg

Kürdəmirdə 3 otaqlı ev yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, rayonun Atakişili kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 8 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 264