Paytaxtda da yanğın olub


16:23     10 Dekabr 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 75 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 301