Keçmiş "zek"in evindən qumbara tapıldı


13:22     12 Dekabr 2018 qumbara9.jpg

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.

​DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. ​Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 459