Xırdalanda piyada ölümü baş verib


18:01     15 Dekabr 2018 piyada_olumu_233.jpg

Xırdalanda avtomobil yolu keçən piyadanı vurub öldürüb.

DİN-dən Femida.az-a verilən məlumata görə, Xırdalan şəhəri ərazisində Sumqayıt sakini Nazim Şirinov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Çələbiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 520