Masallıda “Mercedes” yanıb


18:36     18 Dekabr 2018 yangin_masin_456.jpg

Masallıda yanğın hadisəsi baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları 45 kv.m sahədə və talvarın altında dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 348