Sabunçuda 3 otaqlı ev yandı


10:46     29 Dekabr 2018 yangin_38673636.jpg

Bakıda yanğın faktı qeydə alınıb.



Femida.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 15 m² sahədə və digər otağın divar üzlüyü 12 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​


Femida.az

Açar sözlər:

Oxunub: 322