FHN yanğınlarla bağlı məlumat yaydı
16:38 31 Dekabr 2018
Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün baş vermiş yanğınlarla bağlı məlumat yayıb.
Femida.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd məişət avadanlığı, mebel və lambirdən ibarət tavan 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan mənzildə qaz balonunun başlıq hissəsi vəev əşyaları 1 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında havatəmizləyici qurğu və su qızdırıcısı yanıb, yüksək temperaturdan 0,5 p.m plastik su boruları əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları yanıb. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 489
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb