11 nəfər ifadə verib - Ankara terroru


20:46     18 Oktyabr 2015 de8131e2-9215-47f0-93ca-ed4a00a90a7d.jpg

Türkiyə paytaxtı Ankarada oktyabrın 10-da dəmiryol vağzalının qarşısında törədilən terror aktı ilə bağlı tutulan 11 şübhəli şəxs bu gün ədliyyə şöbəsinə aparılıb.


Femida.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, həmin şəxslər prokurorluq əməkdaşlarına 102 nəfərin öldüyü partlayışlarla bağlı ifadə verəcəklər.

Polis Ankara ədliyyə şöbəsinin qarşısında "canlı sədd" yaradıb.

Məlumata görə, şübhəlilərdən üçü "Twitter" sosial şəbəkəsində hadisədən öncə terrora dair mesaj paylaşdıqları üçün tutulublar.

Xəbərdə bildirlib ki, 8 nəfər isə partlayışın törədilməsində şübhəli bilinərək həbs ediliblər.

Açar sözlər:

Oxunub: 775