ATƏT-ə sədrlik Slovakiyaya keçdi


10:09     01 Yanvar 2019 atet2.jpg

Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib.


Femida.az xəbər verir ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir.

Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətində olduğunu bildirmişdi.

Femida.az

Açar sözlər: ATƏT  

Oxunub: 618