Türkiyədə terror planının qarşısı alınıb


17:12     01 Yanvar 2019 620_340_pkk-seyahat-eden-polisi-kacirdi-800x436.71497584541066_55b299b94a858.jpg

PKK-nın Türkiyənin Şırnak bölgəsində həyata keçirmək istədiyi hücum planının qarşısı alınıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terroristlər Şırnakın Silopi ve Cizre ərazilərindəki hərbi hissələrə hücum məqsədi ilə içərilərində partlyıcı olan 3 təyyarə maketini havaya buraxıblar.

Güvənlik qaynaqlarından verilən məlumata görə, hər 3 maket təhlükəsizlik qüvvələri tərəfindən təsirsiz hala gətirilib.

Araşdırma nəticəsində məlum olub ki, maketlərə C-4 partlayıcısı yerləşdirilibmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 405