Ukraynada iki türkiyəli qızın başı kəsildi - FOTO


19:20     04 Yanvar 2019 19_01_04_1546604264.jpg

Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın cəsədi tapılıb.

Femida.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Buket Yılmaz və Zeynəb Hüsünbeyi adlı tələbələr əvvəlcə bıçaqlanıb, daha sonra isə başları kəsilib.

Məlumatlara görə, üç gün barələrində heç bir xəbər olmayan qızların qrup yoldaşları polisə şikayət ediblər.

Polis izmirli olduğu bildirilən qızların yaşadığı evə gəlib və onların cəsədlərini aşkarlayıb.

İlkin ehtimallara görə, hadisəni qızlardan birinin keçmiş sevgilisi törədib. Çünki o, bir neçə dəfə ailəsinə həmin şəxs tərəfindən təqibə məruz qaldığını bildirmişdi.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 477