Lənkəranda mina tapılıb
09:05 06 Yanvar 2019
Lənkəranda təlim məqsədli tank əleyhinə minalar tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az -a verilən məlumata görə, bu gün saat 13:57-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsiərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (1 ədəd TM-62 və 1 ədəd TM62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim minalarının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 yanvar 2019-cu il tarixlərində 4 siqnal (əməliyyat çağırışı) əsasında 3 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Göygöl, Tovuz rayonları və Lənkəran şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, dəniz sahilinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib, 740 kv.m ərazi yerüstü yoxlanılıb.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib