Türkiyədə 20 nəfərin olduğu yük gəmisi batdı - İçərisində azərbaycanlılar da var


15:50     07 Yanvar 2019 2019/01/1546859886_0x0-gemi-batti-alarm-verildi-operasyondan-ilk-kare-1546855442080_7734308720.jpg

Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.


Femida.az xəbər verir ki, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.

Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 4 nəfəri xilas edə bilib.

Digər heyət üzvlərinin axtarışları davam etdirilir.

***
Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.

Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.

Batan gəmidə 20 nəfərin olduğu deyilir.











Femida.az

Açar sözlər:

Oxunub: 753