Türkiyədə batan gəmidə 1 azərbaycanlı həlak olub - TƏCİLİ


17:13     07 Yanvar 2019 2019/01/son-deqiqe_1546866884.gif

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Femida.az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.



Açar sözlər:

Oxunub: 908