Qazaxıstanı bir-birinə qatan erməni:Təslim olmağa hazıram... +VİDEO

Qazaxıstanı bir-birinə qatan erməni:"Təslim olmağa hazıram..." +VİDEO


09:28     08 Yanvar 2019 2019/01/qururyan_1546925368.jpg

Yanvarın 1-nə keçən gecə Qazaxıstanın Karaqanda şəhərində “Drevniy Rim” restoranında 1 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olanlardan biri – erməni Narek Qururyan video-müraciət ünvanlayıb.


“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, Qururyan təslim olmağa hazır olduğunu, ancaq ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib: “Mən –Qururyan Narek Ovnanoviç 1997-ci il martın 30-da anadan olmuşam. İlk növbədə, ölən şəxsin ailəsinə başsağlığı verirəm. Bildirmək istəyirəm ki, mən heç kimi öldürməmişəm. Həmin gecə restoranda kütləvi davaya qarışmışam, ancaq heç kəsi qətlə yetirməmişəm. Mən Qazaxıstan Respublikasının hökumətinə təslim olmağa hazıram. Ancaq xahiş edirəm təhlükəsizliyimi təmin edin. Mən etdiyimə gör məsuliyyət daşımağa da hazıram, ancaq başqasının günahını üzərimə götürməyəcəm. Mən qatil deyiləm”.




Xatırladaq ki, Yeni il axşamı “Drevniy Rim” restoranında baş vermiş kütləvi davada 23 yaşlı gənc qətlə yetirilib, daha 3 nəfər isə ağır bıçaq zərbələri alıb. Qətli törətməkdə şübhəli bilinən bir Qazaxıstan, 2 Ermənistan vətəndaşı həbs edilib. Narek Qururyan isə axtarışda idi.

Açar sözlər:

Oxunub: 2926