Masallıda çörək sexi, Salyanda ev yandı


19:50     10 Yanvar 2019 yangin_38673636.jpg

Masallı rayonunda yanğın faktı qeydə alınıb. FHN-dən verilən məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 36 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Bildirilir ki, tikili çörək sexi kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyanda da yanğın olub.

Rayonun Kərimbəyli kəndində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 359