Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Piyadalar DİQQƏT!!!


15:26     16 Yanvar 2019 19_01_16_1547638281.jpg


“Sürücülər hava şəraitinə görə, şəxsi avtomobillərdən yox, yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməlidir”.

Bu barədə Femida.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

"Sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir. Yollarda sürüşmə ehtimalı arta bilər. Piyadalar onlar üçün ayrılan zolaqla hərəkət etməli, bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”, - deyə V. Əsədov qeyd edib. .

DYP sözcüsü bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Femida.az

Açar sözlər: #piyada   #polis   #külək  

Oxunub: 551