Türkiyədə 50-dən çox hərbçi saxlanılıb


13:55     22 Yanvar 2019 polis-turk.jpg

Türkiyədə "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində polis növbəti əməliyyat keçirib.


Femida.az-ın məlumatına görə, İzmir vilayətində 51 hərbçi saxlanılıb.

Qeyd olunur ki, həmin hərbçilərin "FETÖ" terror təşkilatı ilə sıx əlaqələrinin olduğu müəyyən edilib. Saxlanılanlar arasında yüksək rütbəli hərbçilərin olduğu deyilir.

Əməliyyat İzmir vilayətinin 21 rayonunda keçirilib.

Açar sözlər:

Oxunub: 305