Ərdoğan Rusiyaya səfərə getdi


14:18     23 Yanvar 2019 2018/07/erdogan-sefer_1531120566.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib.

Femida.az xəbər verir ki, səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Həmçinin, iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş olacaq. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 341