Prezident açılış etdi


17:28     25 İyun 2016 b37f26505aa9ccaf55f13a80dca2ff9c.jpg

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.


Femida.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Sonra dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.

Sonra prezident Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov məlumat veriblər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb. Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

Sonda prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb. Bu maşınların funksiyası və imkanları barədə dövlət başçısına ətraflı məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1567