Qırğızıstanda matəm elan olunub


18:46     16 Yanvar 2017 plane-crash9.jpg

Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstan Prezidenti Almazbek Atambayev yanvarın 17-ni ölkədə matəm günü elan edib.


Femida.az xəbər verir ki, ölkədə elan edilmiş matəmlə əlaqədar Qırğızıstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1084