Kürdəmirdə 9 otaqlı ev yandı


17:27     17 Yanvar 2017 fhn%20yangin12.jpg

Kürdəmirdə fərdi yaşayış evi yanıb.


Femida.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabucaq kəndində Əsnayə Mehdiqulu qızı Abbasova məxsus ümumi sahəsi 640 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin 180 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və 300 kvadratmetrlik çardaq hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1368