Azərbaycan elektrik enerjisi satışından gəlirini artırıb


18:28     23 Mart 2017 elektrik-xetleri.jpg

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 14 mln. 464,2 min dollar dəyərində elektrik enerjisi idxal edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ötən iki ay ərzində Azərbaycan Gürcüstana 13 mln. 716,6 min dollar və 19,34 dəfə çox elektrik enerjisi ixrac edib.

Belə ki, ötən ilin yanvar-fevral aylarında qonşu ölkə Azərbaycandan 747,6 min dollar dəyərində elektrik enerjisi alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 945