Hələb atəşə tutulub: 5 ölü, 4 yaralı


00:30     24 Mart 2017 heleb1408076518.jpg

Suriyada silahlı müxaliflər Hələbin cənub-qərbindəki Əl-Həmdaniyə yaşayış məntəqəsini minaatanlardan atəşə tutub.


Bu barədə "Sana" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, atəş zamanı mərmilər Radvan məscidi yaxınlığındakı orta məktəbə düşüb. Nəticədə 5 uşaq ölüb, daha 4 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, məktəbdə müvəqqəti olaraq qaçqın ailələri məskunlaşıb.

Açar sözlər:

Oxunub: 876