Ərdoğanın mühafizəçiləri Almaniyaya buraxılmayacaq
02:52 26 İyun 2017
Almaniya hökuməti Türkiyə hakimiyyətini prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.
"Welt" xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətindəki mənbə açıqlayıb.
Mənbə bildirib ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Çünki Almaniyada terrorçu PKK-nın tərəfdarları çoxdur və bu, terrorçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurmaya səbəb ola bilər.
Qeyd edək ki, mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı buna bənzər insident olub. Nəticədə azı 9 nəfər xəsarət alıb. Hakimiyyət orqanları analoji situasiyanın ABŞ prezidenti Donald Trampın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.
Femida.az
Oxunub: 3115
Oxşar xəbərlər
- Ərdoğanın müşaviri istefa verdi
- Ərdoğanın Azərbaycana səfəri başa çatıb
- Ərdoğanın baş müşaviri istefa verdi
- Ərdoğanın çağırışı Avstriyanı narahat etdi
- Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı
- Ərdoğanın ad günüdür - İlham Əliyev zəng etdi
- Ərdoğanın oğlu “Palmali“yə kirayə verdiyi tankerləri satıb
- Ərdoğanın kortejində qəza - yaralananlar var
- Ərdoğanın şəxsi pilotu FETÖ-çü çıxdı
- Ərdoğanın müşaviri: `ABŞ qan tökməyə son qoymalıdır`