11 PKK terrorçusu məhv edilib


12:58     28 İyun 2017 pkk-terror-azeuro-1.jpg

Türkiyənin şərqində xüsusi əməliyyat çərçivəsində 11 PKK terrorçusu məhv edilib.


Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Bingöl əyalətinin Genç rayonunda keçirilən əməliyyat çərçivəsində terrorçulara məxsus silah və sursat tapılıb.

Qeyd edək ki, 2015-ci ilin iyul ayından Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1130