İrandan ABŞ-a xəbərdarlıq: “Odla oynama”


22:08     28 İyun 2017 abs_iran.jpg

İran Suriya hökumətinin kimyəvi hücum hazırlığı gördüyünü iddia edərək, bu ölkəyə hərbi müdaxilə siqnalı verən ABŞ-a xəbərdarlıq edib.


Femida.az xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani açıqlama verib. Şəmxani ABŞ-ı Suriyaya edəcəyi mümkün müdaxilənin nəticələrinə qatlanacağına dair xəbərdar edərək, "ABŞ-ın Suriyadakı macəra sevən və ağılsız hərəkətləri odla oynamağa bənzəyir", - deyə bildirib.

Məsələyə dair bir reaksiya da Xarici İşlər Nazirliyindən gəlib. XİN mətbuat katibi Bəhram Qasimi "Bu kimi əsassız iddiaların ortaya qoyulması son dərəcə mübahisəli və şübhəlidir", - deyə reaksiya verib. Vaşinqton rəhbərliyinə Suriyada təşkil edəcəyi tək tərəfli hər cür hərbi əməliyyat barədə xəbərdarlıq etdiyini deyən Qasimi beynəlxalq aləmi ABŞ-a qarşı reaksiya göstərməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3097