Azyaşlı üçüncü mərtəbədən yıxıldı - Bakıda


13:55     29 İyun 2017 usaqqq.jpg

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.


Femida.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, N.Əliyev küçəsində yerləşən binanın 3-cü mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və yerə yıxılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Femida.az

Açar sözlər:

Oxunub: 1463