Ermənistanın baş sinoptiki Bakıya qarğış etdi
13:07 19 İyul 2017
Ermənistanın baş sinoptiki İstanbulda qeydə alınan təbii fəlakətə sevinərək, Bakıya da eynisini arzulayıb.
Bu barədə erməni KİV-ləri yazıblar. Onların bildirdiyinə görə, Ermənistan Hidrometeoroloji Proqnozlar Mərkəzinin direktoru Qaqik Surenyan öz Facebook səhifəsində yazıb: “Bir neçə saat əvvəl İstanbulda güclü leysan olub. P.S. Bakıya da bundan arzulayıram”.
Suranyan sosial şəbəkədə təbii fəlakət zamanı xəsarət alanların fotolarını da yerləşdirib.
Qeyd edək ki, onun paylaşımı bir saat ərzində 1700 “like” yığıb.
Onu da xatırladaq ki, İstanbulda güclü yağışlardan sonra, metronun bir neçə stansiyası suyun altında qalıb, həmçinin avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.
Oxunub: 8322
Oxşar xəbərlər
- Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı
- Ermənistanın 3 hərbi qulluqçusu fərarilik edib
- Ermənistanın baş naziri İrana gedir
- Ermənistanın dövlət borcu rekord həddə çatıb
- Ermənistanın əməlləri Xristian dininə ziddir - XİN
- Ermənistanın müdafiə naziri Çinə Rusiyanı şantaj etmək üçün gedib - VİDEO
- Ermənistanın `beynəlxalq konfrans` oyununa ETİRAZ
- Ermənistanın iki hərbi obyekti dağıdıldı - VİDEO
- Ermənistanın işğalçı dövlət olduğu NATO çərçivəsində sübut edilib
- Ermənistanın gömrük rəisi həbs edildi