Özünü binadan atmaq istədi - Gəncədə intihara cəhd


00:09     20 İyul 2017 intihar36.jpg

Gəncədə intihara cəhdin qarşısı alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1014