ABŞ və Çin iqtisadi əlaqələri gücləndirmək istəyir


22:00     20 İyul 2017 1500538673.jpg

ABŞ və Çin Xalq Respublikasının nüfuzlu iş adamları sammit təşkil ediblər.


Keçirilən sammitdə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin zəruri olduğu vurğulanıb.

Vaşinqtonda baş tutan sammitdə “Alibaba” holdinqin idarə heyətinin üzvləri də daxil olmaqla Çindən gələn xüsusi qonaqlar qatılıb.

ABŞ Federal Təhlükəsizlik Xidməti sammit üçün xüsusi təhlükəsizlik tədbirləri alıb. Qeyd edək ki, sammitin ikinci hissəsinin Çində keçirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 681