Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirdi
23:33 17 Avqust 2017
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.
Etirazçılar hakim “Gürcü arzusu” partiyasından yerli idarəetmə orqanlarına seçkilərdə rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, yerli mətbuat hakim partiyanın Qardabani rayonunun icra başçısı vəzifəsinə başqa namizədi irəli sürəcəyi barədə məlumat yayıb. Onların sözlərinə görə, hazırkı icra başçısının rəhbərliyi altında Qardabani rayonunda və kəndlərdə bir sıra abadlıq işləri həyata keçirilib.
Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər.(APA)
Femida.az
Oxunub: 953
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstanda Qarabağ şəhidi anılıb
- Gürcüstanda zəlzələ olub
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
- Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutulub
- Gürcüstanda yeni ombudsman seçilib
- Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi
- Gürcüstanda matəmdir
- Gürcüstanda matəm elan olundu
- Gürcüstanda partlayış - Ölən var