Ərdoğan Bakıya gəlir


17:49     18 Avqust 2017 erdogan%20azerbaycana%20gelir.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq.

Məlumata görə, dövlət başçısının gələn ay xarici ölkələrə edəcəyi səfərlərin tarixi açıqlanıb. Türkiyə lideri avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-da Qazaxıstana, sentyabrın 10-11-də isə Azərbaycana səfər edəcək.

Sentyabrın 19-dan 25-dək isə R.T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkada olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1884