Tovuzda camış bir qadını öldürdü, digərini yaraladı - YENİLƏNİB


17:18     19 Avqust 2017 camis_0001.jpg

Tovuz rayonunda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb.


Report-un məlumatına görə, hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

----------

Ağstafada camış qadına ağır xəsarət yetirib.

Rayonun Saloğlu qəsəbə sakini 1974-cü il təvəllüdlü Yaqut İbrahimova özlərinə məxsus təsərrüfatda camışları yerinə ötürmək istəyərkən heyvan ona hücum edib. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Femida.az

Açar sözlər:

Oxunub: 2403