Ərdoğan yenidən Rusiyaya gedir


20:28     16 Noyabr 2017 erdogan%20putin.jpg

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yenidən Rusiyaya səfər edəcək.


Femida.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan 22 noyabrda Soçidə Suriya ilə bağlı üçtərəfli zirvə toplantısında iştirak edəcək. Zirvə toplantısında Rusiya, Türkiyə və İran liderlərinin iştirakı nəzərdə tutulub. Dövlət başçıları Suriyada atəşkəs rejiminə riayət olunmasını və bölgədəki son vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, R. T. Ərdoğan noyabrın 13-də Soçidə V. Putində görüşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 716