Putin təcili Türkiyəyə getdi


00:29     12 Dekabr 2017 141119154854_erdogan_putin_624x351_getty.jpg

Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.


Femida.az -ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.

Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2233