Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı


14:18     12 Dekabr 2017 98227_n0r0bs5s6b.jpg

Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.


Gürcüstan Maliyyə Nazirliyinin yaydığı xəbərə görə, saxlanılan şəxslərdə bəyan edilməmiş, ümumi çəkisi 279,01 qram olan qızıl əşyalar aşkarlanıb.

Qızıl əşyaların gömrük dəyəri 21,5 min lari təşkil edib.

Ermənistan vətəndaşlarına qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 757