Ermənistanın hökumət binasında yanğın


11:49     29 Yanvar 2019 2019/01/ermeni-polis-1_1548748257.jpg

Bu gün səhər saat 07:44 radələrində Ermənistanın hökumət binasının üçüncü korpusunda yanğın baş verib.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yanğın qəbul otaqlarından birində baş verib və kiçik sahəni əhatə edib. Hadisə yerinə göndərilən 6 yanğınsöndürmə maşını yarım saatdan sonra yanğını söndürə bilib. Yanğın nəticəsində mebel və digər əşyalara ciddi ziyan dəyib, xəsarət alan yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 414