Astarada yol qəzası - 4 nəfər xəsarət alıb


12:12     02 Fevral 2019 big_1405422456_qeza.jpg

Astara rayonunda yol qəzası baş verib.


"VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"nın sürücüsü, 1985-ci il təvəllüdlü Artupa kənd sakini Rahim Ramiz oğlu Qulamov Lənkəran Rayon Məkəzi Xəstəxanasına çatdırılıb. Yaralı ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hələlik adları açıqlanmayan digər üç nəfər isə vəziyyətləri orta-ağır olduğundan Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 257